383c832f-4729-4039-88aa-ada53b550527..jpg

Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir – YENİLƏNİB + FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen
Riqterink ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.

Görüşdə AYİB – Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində
genişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal
təmsilçiliyi və COP29 tədbirinin ölkəmizdə keçirilməsinin perspektivləri
vurğulanıb. AYİB-in bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olunub.

Davos İqtisadi Forumu (@wef )
çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (@ebrd
) birinci vitse-prezidenti Yurgen
Riqterink (@JRigterink )
ilə görüşdə#AYİB

Azərbaycan əməkdaşlığının#bərpaolunanenerji

sahəsində genişləndirilməsinin əhəmiyyətini, ölkəmizin beynəlxalq…
pic.twitter.com/tl5V5tg1NH
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024

14:15

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə
Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə
olduğunu məmnunluqla vurğulanıb və iqtisadi tərəfdaşlığın gündəliyində olan
məsələlər nəzərdən keçirilib:

– Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasına hazırlıq;

– Ticarət dövriyyəsinin artımı və biznes əlaqələrinin inkişafı istiqamətində
təşəbbüslər;

– COP29 çərçivəsində əməkdaşlıq;

– Dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin
perspektivləri.

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, #Azərbaycan
-#BƏƏ
Birgə
Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə Davos
İqtisadi Forumu (@wef )
çərçivəsində keçirilən görüşümüzdə ölkələrimiz arasında münasibətlərin yüksək
səviyyədə olduğunu məmnunluqla…pic.twitter.com/D4QWzahL3o

— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024

13:01

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində
Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd
edib.

“Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə ölkələrimiz arasında
münasibətlərin prioritet istiqamətləri, regional iqtisadi əməkdaşlığı
gücləndirmək üçün yaranmış yeni imkanlar və ikitərəfli əlaqələrin
perspektivləri barədə fikirlərimizi bölüşdük”, – iqtisadiyyat naziri bildirib.

12:23

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində
“Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə
görüşüb.

Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd
edib.

“Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı
direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və
ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə
danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində
görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, – iqtisadiyyat
naziri bildirib.

09:37

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə
görüşüb.

Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd
edib.

“Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının
(ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin
edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin
dəstəklənməsi üzrə təşəbbüslər,

Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq
standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş
təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq”, – iqtisadiyyat naziri
bildirib.

09:07

“Davos İqtisadi Forumu çərçivəsində “Japan Tobacco International” şirkətinin
prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə
direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı
barədə danışdıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında
qeyd edib.

Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində
nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb
olunması barədə fikir mübadiləsi aparılıb.

Davos İqtisadi Forumu (@wef )
çərçivəsində “Japan Tobacco International” şirkətinin (@JTI_global
) prezidenti və baş icraçı
direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə
görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq. Azərbaycanın…
pic.twitter.com/MBRil7B33H
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024


Source link