b08f27e9-d364-4ada-82ad-a2c73d9cb88c..jpg

Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşüb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə
meneceri Ştefani Ştallmaysterlə görüşüb.

Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının
Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster ilə görüşündə yeni
Tərəfdaşlıq Çərçivəsi sənədi üzrə təqdimat olub, Azərbaycanın inkişaf
prioritetləri, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr
aparılıb.

Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın
əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin
təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə
texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə
uğurlu tərəfdaşlığı qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster təmsil
etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin
inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam
etdirəcəyini vurğulayıb.

Görüşdə Dünya Bankı Qrupu tərəfindən hazırlanacaq qısa və uzunmüddətli
perspektivdə Azərbaycanın inkişaf prioritetləri və planlarını əks etdirən yeni
Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq əsas strateji istiqamətlər təqdim
edilib. Sənəd Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə
hazırlanmış yol xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara
töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı
səfərbər etmək imkanlarını müəyyən edəcək.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Tərəfdaşlıq Çərçivəsi sənədində
əks olunacaq məsələlər və COP29-un ölkəmizdə təşkili barədə müzakirələr
aparılıb.

14:15

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə
meneceri Ştefani Ştalmeysterlə görüşüb.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan üzrə hazırlanan Tərəfdaşlıq Çərçivə
Sənədində nəzərdə tutulmuş məsələlər, ölkəmizin iqtisadi inkişaf prioritetləri
istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın potensial
istiqamətləri nəzərdən keçirilib.

Dünya Bankının (@WorldBank
) Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani Ştalmeysterlə#Azərbaycan
üzrə
hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələləri,
ölkəmizin#iqtisadi
inkişaf
prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli…
pic.twitter.com/63JlP8pr2r
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 29, 2024

Source link