95326271-3c22-4bde-8249-b924692de8cb..jpg

Mikayıl Cabbarov: “Dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir”

Baxış sayı: 611 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT Baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə son hesabatına
əsasən “2030 Gündəliyi”nin icrasının başa çatmasına 7 il qalmasına baxmayaraq,
dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir, hətta bəzi hədəflər
üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza
göstəricisindən aşağı səviyyədədir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
“Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda
bildirib.

Onun sözlərinə görə, “2023-cü il DİM” hesabatında qeyd olunduğu kimi, bu gün
hədəflərin yalnız 15%-i müvəffəqiyyətlə icra olunur.

“DİM-lərə nail olunması istiqamətində səylərin gücləndirilməsi üçün
bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə
dairəsinin artırılması, ömürboyu təhsilə əsaslanan cəmiyyətin qurulması,
insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə
“yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması
və iqlim dəyişikliyi ilə mübarizə əsas tövsiyələr sırasındadır”, – deyə nazir
qeyd edib.

Source link