e47ffbf7-8ff5-48b3-9649-18ee99fb5bbf.jpg

Mikayıl Cabbarov ilə xarici şirkət rəhbəri arasında görüş keçirilib

Baxış sayı: 348 dəfə baxılıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Technip Energies”
şirkətinin İdarə Heyətinin üzvü Marko Villa ilə görüş keçirib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “X” hesabında
paylaşım edib.

“Ölkəmizin yaşıl artım və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin
reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir. SOCAR-ın
prezidenti Rövşən Nəcəflə birlikdə “Technip Energies” şirkətinin İdarə
Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə keçirdiyimiz
görüşdə birgə icra edilən layihələr, aşağıkarbonlu biznes həllərinə keçid və
yeni əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük”, – deyə
paylaşımda qeyd olunub.

Ölkəmizin “yaşıl artım” və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin
reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir.#SOCAR
-ın (
@SOCARofficial )
prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf
) birlikdə ”
@TechnipEnergies
şirkətinin İdarə Heyətinin üzvü…pic.twitter.com/omSnZkmLLb

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 4, 2024

Source link