0bd34319-1917-41a2-8aef-59a0fb77127d.jpg

Mikayıl Cabbarov: “İnsan kapitalından danışarkən, heç şübhəsiz, təhsildən başlamalıyıq”

Baxış sayı: 249 dəfə baxılıb.

“Ölkəni irəli aparan məhz insan kapitalının inkişafıdır”.

Cixisyolu.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnsan kapitalından danışarkən, heç şübhəsiz, təhsildən başlamalıyıq. Orta
məktəb təhsili şagirdləri məhz gələcək rəqəmsal iqtisadiyyata hazırlamalıdır.
Bu səbəbdən bizim nəyi necə tədris etməyimiz, öyrənmə prinsipini necə tədris
etməyimiz və həyat boyu öyrənmə çox vacib məsələlərdir”, – nazir bildirib.

M.Cabbarov əlavə edib ki, lakin yalnız öz kadr rezervimizə fokuslanmaq kifayət
deyil:

“Biz xaricdən gələn istedadlara da açığıq. Bu da “Yüksəkixtisaslı Miqrant
Proqramı” ilə dəstəklənir. Açar innovasiya səriştələri əsas kriteriyalar
arasındadır. Biz investisiyaların qaytarılmasını görürükmü? Bəli, görürük”, –
deyə nazir əlavə edib.

Source link