Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin ticarət naziri
Ater Davud Əl-Ğureyri ilə görüşdük”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında yazıb.
Bildirilib ki, ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın
gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və
Azərbaycan-İraq biznes forumunun keçirilməsi ilə bağlı məsələləri nəzərdən
keçirilib.
İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin ticarət naziri
Ater Davud Əl-Ğureyri ilə görüşdük. Ölkələrimizin#biznes
arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə
fəaliyyət və#Azərbaycan
#biznesforumu
keçirilməsi…pic.twitter.com/UdtdKj7ttA
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 18, 2024