febe8702-6c6e-4a5c-ad4d-0fdbe989714f..jpg

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 811 dəfə baxılıb.

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb – YENİLƏNİB
+ FOTO

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə
Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və
İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mikayıl Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli
əlaqələri vurğulayıb.

Diqqətə çatdırılıb ki, ölkəmizin İsraildə səfirliyinin açılması ikitərəfli
münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan Respublikası
Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin
Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında
tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz
iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri davam
etdirir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə
qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya,
əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il
işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal
iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin
reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye
zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq
edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində
əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş
ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının
fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla
əlaqələrin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif
sahələrdə tərəfdaşlığa maraq göstərdiyini qeyd edib, əməkdaşlığın
gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlər barədə
müzakirələr aparılıb.

18:30

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Eli Kohenlə
görüşüb.

Bu barədə nazir “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan-İsrail Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin
xarici işlər naziri Eli Kohen ilə görüşdə ölkələrimiz arasında əlaqələrin
hərtərəfli inkişafını məmnunluqla vurğuladıq, iqtisadi əməkdaşlığın mövcud
vəziyyəti və perspektiv layihələr barədə müzakirələr apardıq”, – deyə
M.Cabbarov qeyd edib.

#Azərbaycan

#İsrail
Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin xarici işlər naziri Eli
Kohen (@elicoh1 ) ilə görüşdə
ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğuladıq,
#iqtisadi
əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə…
pic.twitter.com/XuhyjQP9hN
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 18, 2023

Source link