Mikayıl Cabbarov Lord Malkolm Offord ilə görüşüb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Birləşmiş Krallığın ixrac üzrə
naziri Lord Malkolm Offordla iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və
perspektiv istiqamətləri müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının ixrac üzrə naziri Lord Malkolm Offordla görüşüb.
Nazir Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin inkişafını,
iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb.
Bildirilib ki, Birləşmiş Krallıqla səmərəli ticarət-investisiya əməkdaşlığı
həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran
ölkədir.
Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması
istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, region
ölkələri ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq təşəbbüsləri barədə məlumat
verilib, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü
öhdəlik götürdüyü diqqətə çatdırılıb. İqtisadiyyat Nazirliyi ilə Britaniyanın
Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun fəaliyyətinin
iqtisadi tərəfdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb.
Lord Malkolm Offord ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin
inkişafına önəm verdiyini, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin
reallaşdırılması imkanlarını qeyd edib.
Görüşdə növbəti il Londonda planlaşdırılan İnvestiya Forumunun təşkili,
enerji, dekarbonizasiya sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixrac,
investisiya, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi
məsələləri müzakirə olunub.
12:38
İqtisadiyyat naziri Mikayıl Cabbarov Lord Malkolm Offord ilə görüşüb.
O bu barədə özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offord ilə
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti
və perspektiv istiqamətləri nəzərdən keçirilib.
🇦🇿🇬🇧 Birləşmiş Krallığın ixrac üzrə naziri cənab Lord Malkolm Offord ilə
#Azərbaycan
#BöyükBritaniya
arasında#iqtisadi
əməkdaşlığın mövcud vəziyyətini və perspektiv istiqamətlərini nəzərdən keçirdik:
– #Enerji
sahəsində birgə fəaliyyətin stimullaşdırılması;
– #İxrac
,…pic.twitter.com/sYmatM5mYw
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2023