Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə
görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət
naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət
dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə
təşəbbüsləri vurğulayıb, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən
məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd ediblər.
Tərəflər “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy”
şirkəti arasında imzalanmış investisiya müqaviləsinin ölkələrimiz arasında
biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətini bir daha
vurğulayıb, bundan başqa enerji sahəsində əməkdaşlığın perspektivləri,
iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi
aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, “yaşıl”
enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan
şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.