63955932-eeec-4e39-a269-fbf1e5e71e34..jpg

Mikayıl Cabbarov OECD və Dünya Bankının nümayəndələri ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 572 dəfə baxılıb.

Mikayıl Cabbarov OECD və Dünya Bankının nümayəndələri ilə görüşüb – YENİLƏNİB
+ FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (İƏİT) və Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndələri ilə
görüşüb.

Tərəflər İƏİT və Dünya Bankının “Azərbaycan İnvestisiya Holdinqi və onun
portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə
birgə layihəsi, dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi və bu istiqamətdə
görülən tədbirlər, korporativ idarəetmənin təkmilləşdirilməsi və bu xüsusda
digər islahat prioritetləri barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadi
diversifikasiya, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq
yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan
nəticələr barədə məlumat verilib.

14:42

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı (OECD) və Dünya Bankının nümayəndələri ilə görüşüb.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında yazıb.

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Dünya Bankının nümayəndələri
ilə görüşdə qurumlarla əməkdaşlıq çərçivəsində görülən işlər, ölkəmizdə həyata
keçirilən iqtisadi islahatlar və dövlət müəssisələrinin fəaliyyətinin
təkmilləşdirilməsi tədbirləri barədə fikir mübadiləsi apardıq”, – deyə nazir
qeyd edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (@OECD
) və #DünyaBankı

-nın (@WorldBank )
nümayəndələri ilə görüşdə qurumlarla əməkdaşlıq çərçivəsində görülən işlər,
ölkəmizdə həyata keçirilən#iqtisadi
islahatlar
və dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri…
pic.twitter.com/3c5lfCn8N9
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 11, 2023

Source link