c2c6cd37-7705-4bbe-97c0-97e5c73077c0..jpg

Mikayıl Cabbarov: “Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82,2% artıb” – FOTO

Baxış sayı: 696 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82,2% artıb” –
FOTO

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə
müqayisədə 82,2% artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında
yazıb.

“Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq
şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə
verir.

2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə
82,2% artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində
qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 milyard 134,9
milyon manat olub”, – M.Cabbarov bildirir.

2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə
82,2% artaraq 15 mlrd. 541,5 mln. ₼ təşkil edib. Bu dövr əzrində#qeyrineft
-qaz
sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 mlrd. 134,9 mln. ₼ olub.#EconomyAz

#DövlətVergiXidməti

pic.twitter.com/0xrNWLg8jT
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 16, 2023

Source link