e41849ec-b6a8-43b6-abd8-807e76cc19e9..jpg

Mikayıl Cabbarov: “Qeyri-neft ixracında üç milyard ABŞ dolları rəqəmini keçmişik”

Baxış sayı: 594 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Qeyri-neft ixracında üç milyard ABŞ dolları rəqəmini
keçmişik”

“Ötən il üçün əsas xüsusiyyətlərdən biri odur ki, neft və qaz qiymətlərinin
müsbət dinamikasına baxmayaraq, Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin
50%-i qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb”.

Cixisyolu.com xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni
çağırışlara doğru” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov
deyib.

O bildirib ki, bu, təkcə Dövlət Vergi Xidmətinin işi deyil, həm də bizdən
asılı olmayan faktorlardan irəli gəlir:

“Bu, məsələn, dünya bazarlarında enerjidaşıyıcılarının qiyməti və təbii baş
verən enerji keçidindən asılıdır. İkinci məqam qeyri-neft ixracında artım
dinamikasının davam etməsidir. Lakin biz hələ də istənilən mütləq rəqəmlərdən
uzağıq. Bu gün üç milyard ABŞ dolları rəqəmini keçmişik, amma bu bizim ümumi
ixracımızla müqayisədə böyük rəqəm deyil.

Eyni zamanda, dinamikaya baxdıqda biz üç il əvvəl 1,7 milyard ABŞ dolları
həcmindən danışırdıqsa, indi üç milyard ABŞ dollarına çatmışıq. Hədəfimiz bu
prosesi artan templə davam etdirməkdir.

Nazir həm də xidmət ixracına daha çox diqqət yetirilməli olduğuna diqqət çəkib:

“Bu bizim siyasətimizdə öz əksini tapır. Azərbaycanın beynəlxalq nəqliyyat
dəhlizinə çevrilməsi bu sektora bizim tərəfimizdən sərmayələrin və
tənzimləmənin keyfiyyətinin artırılmasını izah edir”.

Könül Cəfərli

Source link