Mikayıl Cabbarov: “Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti
seçilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti
seçilib”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün
Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations”
MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində
bildirib.
Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli
münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa
sərmayəsidir.
“Dərman istehsalı hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən
resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları
genişləndirmək olar. Bu müəssisənin fəaliyyəti sektorun inkişafına yönəlmiş
addımdır. Biz bunu səmimi-qəlblə qəbul edirik”, – deyə o əlavə edib.