ebbd5a61-3b8b-4a91-be5a-e6076320c3e5.webp

Mikayıl Cabbarov Rebeka Qrinspan ilə müzakirələr aparıb

Baxış sayı: 149 dəfə baxılıb.

“İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim
maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya
gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv
vəd edir”.

Cixisyolu.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X”
hesabında bildirib:

“BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi xanım Rebeka Qrinspan
ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş
tutacaq BICFIT-ə dair yüksəksəviyyəli görüşə hazırlığı müzakirə etdik.

İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun
potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm
rol oynaya biləcəyini vurğuladıq”.

İqlim maliyyəsi, #investisiya

#ticarət
üzrə Bakı Təşəbbüsü (BICFIT)#iqlim
maliyyəsi,
investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək
qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir.
#BMT -nin Ticarət
və İnkişaf üzrə…pic.twitter.com/bRldNmXQiZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2024

Source link