4bf8ca08-a8cf-406a-8ebb-0a473eab0851.jpg

Mikayıl Cabbarov Rikardo Hausmanla görüşüb

Baxış sayı: 210 dəfə baxılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin “Growth Lab”
Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında
görüşüb.

Bu barədə Cixisyolu.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri,
iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının
leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar
barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib.
“Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın
təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsində təqdim ediləcək “Yaşıl
artım portalı” layihəsi ilə tanışlıq olub. Portal “Growth Lab”ın “İqtisadi
mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını
müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın “yaşıl artım”
istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.

18:20

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rikardo Hausmanla videokonfrans
formatında görüşdə iştirak edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə nazir öz “Instagram” hesabında paylaşım edib.

Bildirilib ki, Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və
direktoru Rikardo Hausman ilə videokonfrans formatında keçirilən görüşdə
iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər, COP29-da
təqdim olunacaq “Yaşıl artım portalı” layihəsi, vergi inzibatçılığında
aparılmış islahatların əmək bazarına təsiri daxil olmaqla ikitərəfli
əməkdaşlığın gündəliyindəki məsələlər müzakirə edilib.

Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo
Hausman (@ricardo_hausman
) ilə videokonfrans
formatında keçirdiyimiz görüşdə#iqtisadi
inkişaf və
artımın dəstəklənməsinə yönələn təşəbbüslər,#COP29
-da (@COP29_AZ
) təqdim olunacaq “Yaşıl
artım…pic.twitter.com/boRHws0AB9
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 25, 2024

Source link