6d7da1f7-a3fc-4207-8392-09518dfd1e66..jpg

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib – FOTO

Baxış sayı: 396 dəfə baxılıb.

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel – Sahibkarlar Günü
ilə bağlı iş adamlarını təbrik edib.

Bununla bağlı nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə
dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı
prioritetlərdəndir.

“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan
azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına,
xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə
təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq”, –
deyə nazir qeyd edib.

25 aprel ölkəmizdə Sahibkarlar Günüdür. Dövlət başçısı tərəfindən
müəyyənləşdirilmiş#iqtisadi
siyasətdə
dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı
prioritetlərdəndir. Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail
olunmasına, işğaldan azad edilmiş…pic.twitter.com/WguT0HRRVL

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 25, 2024

Source link