Mikayıl Cabbarov: “SPECA ölkələri ilə sərmayə fondlarının yaradılması üzərində
işləyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“SPECA ölkələri ilə birgə sərmayə fondlarının yaradılması üzərində işləyirik”.
APA xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı
iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Azərbaycan Qırğızıstanla və Özbəkistanla İnvestisiya Fondu
yaradıb. “Digər SPECA ölkələri ilə sərmayə fondlarının yaradılmasına hazırıq”,
– deyə nazir əlavə edib.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan,
Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın
məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına
inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan
Respublikası həyata keçirir.