bef221f5-0e76-40a0-a419-2e7ec02c5a49..jpg

Mikayıl Cabbarov “Togg”un sükanı arxasına keçdi – FOTO

Baxış sayı: 654 dəfə baxılıb.

Mikayıl Cabbarov “Togg”un sükanı arxasına keçdi – FOTO

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ilk yerli
elektromobili “Togg”un sükanı arxasına keçib.

M. Cabbarov bu barədə “Twitter” səhifəsində etdiyi paylaşımda məlumat verib.

Paylaşımda deyilir: “Türkiyə və Azərbaycan dövlət başçılarının “TEKNOFEST”
2023-ü ziyarət etdiyi bir gündə Samsuna işgüzar səfərimiz xüsusilə
əlamətdardır. Müasir Türkiyənin qurucusu Atatürkün 19 may 1919-cu ildə Bandırma
Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatı 100
yaşını qeyd etdiyimiz Türkiyə Respublikasının qurulması ilə nəticələnib. Samsun
Bandırma Gəmi Muzeyini ziyarət etməklə qardaş Türkiyənin şanlı keçmişinə bir
daha yerində nəzər salmaq qürurverici idi. Səfərimiz çərçivəsində Türkiyənin
ilk yerli elektromobili “Togg” ilə tanışlıq fürsətimiz oldu”.

🇹🇷 və 🇦🇿 dövlət başçılarının @teknofest
2023-ü ziyarət etdiyi bir
gündə Samsuna işgüzar səfərimiz xüsusilə əlamətdardır. Müasir Türkiyənin
qurucusu Atatürkün 19 may 1919-cu ildə Bandırma Vapuru ilə məhz burada sahilə
çıxaraq başlatdığı milli mübarizə hərəkatı 100 yaşını qeyd…
pic.twitter.com/To0EFqn6Ih
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2023

Source link