ba5b41ae-bf94-4656-a386-be8bf5293427..jpg

Mikayıl Cabbarov Türkmənistana işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirdi – YENİLƏNİB + FOTO

Baxış sayı: 577 dəfə baxılıb.

Mikayıl Cabbarov Türkmənistana işgüzar səfər çərçivəsində bir sıra görüşlər
keçirdi – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov
bir sıra görüşlər keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər
naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ikitərəfli, regional və
beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən
işlər və onların səmərəli nəticələri barədə müzakirə aparılıb. İki ölkənin
malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın
şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib.

Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında
ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit,
limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik
enerjisinin ixracı imkanları müzakirə edilib.

Türkmənistana işgüzar səfər çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə
birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və
həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində
əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var.

Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin
sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrimizin energetika
sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub.

Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq”
yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi
aparıblar.

18:50

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən
Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və
həmkarları ilə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının
gündəliyində olan məsələləri müzakirə etdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasındakı
paylaşımında bildirib.

“Enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının
karbohidrogen resurslarının birgə kəşfiyyatı və Türkmənistan yataqlarında
SOCAR-ın iştirak imkanları müzakirə edildi”, – deyə Mikayıl Cabbarov qeyd edib.

Türkmənistana işgüzar səfərimiz çərçivəsində #SOCAR
-ın (
@SOCARofficial )
prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf
) birlikdə bu ölkənin
Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və həmkarları ilə görüşdə
ölkələrimizin#energetika
sahəsində
tərəfdaşlığının gündəliyində olan…pic.twitter.com/PyFnBLXz3r

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2023

Source link