f96552f9-21ae-4b01-b3ff-c72b9431f4d8..jpg

Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar – YENİLƏNİB + FOTO

Baxış sayı: 549 dəfə baxılıb.

Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış
olublar – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam Sənaye Parkında iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan
Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi
nümayəndəsi Emin Hüseynov və İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının
nümayəndələri görülən işlərlə tanış olublar.

Bu barədə Cixisyolu.com-a nazirlikdən bildirilib.

Dövlət başçısı cənab İlham Əliyevin 2021-ci il, 28 may tarixli Fərmanı ilə
yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes
potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq
səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının
artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Digər sənaye parklarında olduğu kimi Ağdam Sənaye Parkında da sahibkarlıq
fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb.
Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident
sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından
sonra ikinci sənaye zonasıdır. Parkda ümumi investisiyalarının həcmi 195 milyon
manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə
qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında ümumilikdə 1800-dən çox iş
yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən
Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş
yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında infrastruktur şəbəkəsinin,
elektrik, qaz, su xidmətlərinin qurulması, inzibati binanın tikintisi, o
cümlədən rezidentlər tərəfindən bir sıra müəssisələrin tikinti-quraşdırma
işləri aparılır.

“BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti
kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən müəssisə
Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə,
tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və
altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya
dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq. “BAFCO
İnvest” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri
nəticəsində bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət edib.

“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti
statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi Qafqazda
divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir. İllik gücü 2,1
milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə
təmin edilməsi nəzərdə tutulur. Almaniya və Çin texnologiyasından istifadə
edilən müəssisədə istehsal edilən məhsulların daxili bazara satılması ilə
yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. “Mister Decor” MMC sənaye
parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə
qədər 400 min manatdan çox vəsaitə qənaət edib.

“Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi
qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə
havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların
istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının
tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45
nəfər daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar daxili
bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Metkons” MMC sənaye parklarında
tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min
manatdan çox vəsaitə qənaət edib.

Agdam Sənaye Parkında həmçinin “Rail Trans Service” MMC-nin avtomatlaşdırma və
telemexanika sistemlərinin, “Eel Electric” MMC-nin elektrik paylayıcı
avadanlıqların və elektrik yuvalarının, “Prof-Dam” MMC-nin dam örtüklərinin,
“Tabaterra” MMC-nin tütün məmulatlarının, “Agah Group” MMC-nin metal profil və
anbar stellajlarının istehsalı və digər müəssisələrin tikinti-quraşdırma işləri
görülür. Bu müəssisələrin bir qisminin bu il fəaliyyətə başlaması
planlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycanda 7 sənaye parkı, 5 sənaye məhəlləsi
fəaliyyət göstərir. Sənaye zonalarında rezidentlər üçün stimullaşdırıcı
tədbirlər tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və Araz
Vadisi sənaye parklarında isə əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən
– xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin
subsidiyalaşdırılması, kommunal xidmətlərə 20% endirim, idxal olunan xammal və
materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma aiddir.

17:58

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilən bu
əlamətdar tarixdə Ağdam Sənaye Parkında Azərbaycan Respublikası Prezidentinin
Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və
həmkarlarla birlikdə bir neçə müəssisədə görülən işlər və yaradılan
infrastrukturla tanış olduq”.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial
şəbəkə hesabında yazıb.

“İşğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması,
qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və
rəqabətqabiliyyətli məhsul istehsalının artırılması kimi istiqamətlərdə həyata
keçirilən təşəbbüslərdə fəal iştirak edən Sənaye Parkının hər bir rezidentinə
və əməkdaşına təşəkkürlərimizi çatdırır, uğurlar arzulayırıq”, – deyə nazir
qeyd edib.

#Ümummillilider

Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilən bu əlamətdar tarixdə Ağdam
#SənayeParkı

-nda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları
üzrə xüsusi nümayəndəsi Emin Hüseynov (@Emin_H_official
) və həmkarlarla
birlikdə bir neçə…pic.twitter.com/L43zNZxcv1
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 10, 2024

Source link