fe8fc40f-c357-4e55-9830-71c342e4dcd4..jpg

Mikayıl Cabbarov və Rövşən Nəcəf bp-nin baş icraçı direktoru ilə görüşüblər – YENİLƏNİB + FOTO

Baxış sayı: 477 dəfə baxılıb.

Mikayıl Cabbarov və Rövşən Nəcəf bp-nin baş icraçı direktoru ilə görüşüblər –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp
şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat naziri bp şirkəti ilə uzunmüddətli və səmərəli
əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. bp-nin
Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında,
ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata
keçirilməsində xüsusi rolu qeyd edilib. Görüşdə tərəfdaşlığın inkişaf
etdirilməsi imkanları, ölkəmizdə “yaşıl” enerji növlərinə keçidlə bağlı
reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl
rayonunda bu il bp tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik
stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Mürrey Aukinklos bp-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən
layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı
olduğunu qeyd edib. bp şirkətinin ölkəmizlə davamlı tərəfdaşlığın
genişləndirilməsinə sadiq qaldığı vurğulanıb, SOCAR-la uzunmüddətli
işbirliyinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib. Bildirilib ki,
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına
verdiyi önəmin göstəricisidir.

Görüşdə ikitərəfli əməkdaşlığın nəticələri, eləcə də birgə fəaliyyətin “yaşıl”
enerjiyə keçid, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri istiqamətində
gücləndirilməsi imkanları nəzərdən keçirilib.

16:16

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf bp
şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.

“Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın
nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya,
kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını
nəzərdən keçirdik”, – deyə nazir bildirib.

#SOCAR -ın (
@SOCARofficial )
prezidenti Rövşən Nəcəf (@RovshanNajaf
) və həmkarlarla birlikdə
#bp (@bp_plc
) şirkətinin baş icraçı
direktoru Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın
nəticələrini, eləcə də birgə fəaliyyətin#yaşılenerji

-yə keçid,…pic.twitter.com/oNJuqt9HNR
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 13, 2024

Source link