İqtisadiyyat naziri Mikayıl Cabbarov Vətən müharibəsi şəhidi ilə bağlı
paylaşım edib.
Cixisyolu.com xəbər verir ki, o, paylaşımı özünün “X” hesabında edib.
Bildirilib ki, bu gün İqtisadiyyat Nazirliyinin əməkdaşı Asəf Nəsibovun anım
günüdür.
“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaətlə döyüşərək şəhidlik
zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad edirik”, –
deyə nazir qeyd edib.
Bu gün Vətən müharibəsində şəhid olmuş əməkdaşımız Asəf Nəsibovun anım
günüdür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaətlə döyüşərək
şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad
edirik.#ŞəhidlərÖlməzVətənBölünməz
#QarabağAzərbaycandır
pic.twitter.com/AWJrTOItUI
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 29, 2024