29857744-9f03-4eb6-865c-dc140a0a73bd..jpg

Mikayıl Cabbarov: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir” – FOTO

Baxış sayı: 488 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların
rifahına mühüm töhfələr verir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı
münasibətilə təbrik edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında
yazıb.

“11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır.
Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək
biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və
iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayırlar.

Şəffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi
daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin
icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.

Bu əlamətdar gündə bütün vergi işçilərinə peşə bayramı münasibətilə
təbriklərimizi çatdıraraq işlərində uğurlar və nailiyyətlər arzulayır,
ölkəmizin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkürümüzü
bildiririk”, – nazir qeyd edib.

11 fevral – #Azərbaycan
-ın
vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə
öhdəliklərini məsuliyyətlə yerinə yetirərək#biznes
mühitinin
təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və#iqtisadi

təhlükəsizliyin təminatında əhəmiyyətli rol…pic.twitter.com/vI844ykqD4

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 11, 2024

Source link