Mikayıl Cabbarov: “Vergi daxilolmalarının həcmi 22,6 faiz artıb” – FOTO
“2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət
büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə
müqayisədə 22,6% artaraq 12 milyard 810,7 milyon manat təşkil edib”
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında
yazıb.
O bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən
ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 milyard 425,8 milyon manat olub.
Vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin
şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində
fəaliyyətimiz davamlı olacaq.