Mikayıl Cabbarov Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızı
təbrik edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində yunan-Roma
güləşi üzrə millikomandamızın üzvləri Murad Məmmədov (60 kq), Rafiq Hüseynov
(87 kq), Sabah Şəriəti (130 kq) Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya
qazanıblar”.
Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial
şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, bununla da ümumi lisenziyalarımızın sayı 11-ə çatıb.
Güləşçilərimizi və məşqçilərimizi təbrik edir və Olimpiya Oyunlarında uğurlar
arzulayırıq.