13c9c8b4-4e30-4109-9eaf-b637a4e8d7e6..jpg

Mikayıl Cabbarov: “Yeni iqtisadiyyat yeni alətlər tələb edir”

Baxış sayı: 4. 418 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Yeni iqtisadiyyat yeni alətlər tələb edir”

“2023-cü ildə Biznesin İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, yeni
alətlərin ərsəyə gətirilməsi qarşıya hədəf kimi qoyulub”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

“İndiyə qədər əsas alətimiz Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli
kreditlərin tətbiq edilməsi olub. Sahibkarlığın İnkişafı Fondu minlərlə
layihəni əhatə edir, lakin bir alətlə çalışması bu günün tələbinə uyğun deyil.
Bu nöqteyi-nəzərdən biz Azərbaycan iqtisadiyyatının tələbinə uyğun olaraq bir
sıra maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı gələn ilin birinci
rübündə təqdimat keçirəcəyik”, – M.Cabbarov deyib.

Nazirin sözlərinə görə, fond vasitəsi ilə həm dəstək tədbirləri, yəni, qrant
xarakteri daşıyan alətlərin, həm dayanıqlı – sahibkarların bazarda əldə edə
bilmədiyi ancaq ehtiyac duyduğu alətlərin tətbiqi nəzərdə tutulur.

“Hesab edirəm ki, biznes mühiti sahəsində irəliləməkdə davam edirik. Son illər
ərzində sahibkarlarla dövlət qurumları arasında dialoqun keyfiyyəti tamamilə
yeni müstəviyə çıxıb. Yeni iqtisadiyyat yeni alətlər tələb edir”, – M.Cabbarov
bildirib.

Source link