a9261aec-5da8-4c85-91d0-7ae7e8045d49.webp

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qaliblərini qəbul edib

Baxış sayı: 41 dəfə baxılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri
Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti
görüşlərini keçirib.

Bu barədə Cixisyolu.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri yüksək intellektə malik,
rəqabətqabiliyyətli insan resurslarının dayanıqlı inkişafda önəmini
vurğulayaraq, ölkəmizdə kadr potensialının gücləndirilməsi üçün görülən işləri
qeyd edib.

Qaliblər İqtisadiyyat Nazirliyi tərəfindən “Yüksəliş” müsabiqəsinin qalibləri
üçün hazırlanmış Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə
rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi
islahatları, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı
məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını qeyd ediblər.
Proqram çərçivəsində qaliblər üçün beynəlxalq iş təcrübəsi, dövlət və özəl
sektor nümayəndələri ilə görüş, idarəetmədə effektivliyin artırılması,
resursların səmərəli istifadəsi və təşkilatın məqsədlərinə uyğun çevik qərar
qəbuletmə mexanizmləri ilə tanışlıq imkanları yaradılıb.

Görüşdə Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında
müəyyənləşdirilən istiqamətlərdə bacarıqlarının artırılması, qərarların
qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikir mübadiləsi aparılıb.
Qaliblərə fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bilik və
bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentorluq proqramı
çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.

15:08

“Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə
növbəti görüşlərimizi keçirdik”.

Cixisyolu.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X”
hesabında bildirib:

“İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqənin qalibləri üçün hazırlanmış
Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında
müəyyənləşdirdiyimiz istiqamətlərdə bacarıqlarının artırılması, qərarların
qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikirlərimizi bölüşdük”.

Üçüncü “#Yüksəliş

” (@yukselish_az )
müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə növbəti
görüşlərimizi keçirdik.#İqtisadiyyatNazirliyi

tərəfindən müsabiqənin qalibləri üçün hazırlanmış Mentorluq proqramının
nəticələri, gənclərin fərdi inkişaf planında…pic.twitter.com/yxK05UvJ7U

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 25, 2024

Source link