Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Krallığa səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə
bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları
ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi
imkanları müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan
müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığına səfəri çərçivəsində Londonda AYİB-in birinci
vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini,
AYİB-ə ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə
təşəkkürünü ifadə edib. Nazir ölkəmizin sosial-iqtisadi inkişaf
prioritetlərinin qlobal məqsədlərə uyğunluğunu vurğulayaraq, qarşıya qoyulmuş
hədəflərin reallaşdırılması üçün səylərin birləşdirilməsinin önəmini qeyd edib.
Bildirilib ki, bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə
bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və
digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq
praktiki addımların müzakirəsi vacibdir.
Birinci vitse-prezident Yurgen Riqterink ikitərəfli əməkdaşlıq portfelinin
mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli
təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb. Yurgen
Riqterink BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29-un gələn il Azərbaycanda keçirilməsi
münasibətilə təbriklərini çatdırıb, AYİB-in bu istiqamətdə Azərbaycana dəstək
verməyə hazır olduğunu bildirib.
Tərəflər Bankla tərəfdaşlıq perspektivləri, bərpa olunan enerji, özəl sektorun
dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi
sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
11:50
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
O bu barədə özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, Birləşmiş Krallığa səfər çərçivəsində Avropa Yenidənqurma və
İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüş zamanı
ikitərəfli əməkdaşlığın perspektiv prioritetləri, bərpa olunan enerji, özəl
sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin
təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını
nəzərdən keçirilib.
Birləşmiş Krallığa səfərimiz çərçivəsində Avropa Yenidənqurma və İnkişaf
Bankının (@EBRD
vitse-prezidenti Yurgen Riqterink (@JRigterink
ölkəmizlə ikitərəfli əməkdaşlığın perspektiv prioritetləri, bərpa olunan#enerji
sektorun dəstəklənməsi və…pic.twitter.com/613ZMtcYUX
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 13, 2023
Source link