“Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3
qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan
güləşinin ilk 4 qat dünya çempionu oldu”.
Cixisyolu.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X”
hesabında bildirib:
“Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya
çempionatında qalib gəldilər. Yunan-Roma güləşi üzrə millimiz titulunu qorudu
və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar
münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik
edirik”.
#Albaniya
-nın paytaxtı Tiranada keçirilən dünya çempionatında#güləş
-çilərimiz 3 qızıl medal qazandılar.
Eldəniz Əzizli tarixi uğura imza ataraq, #Azərbaycan
güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə
karyeralarında ilk dəfə#dünyaçempionatı
-nda…pic.twitter.com/0qyoYo9V4N
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 4, 2024