a6d524de-7ab8-4520-9e95-0e3087f7cb50..jpg

Mikayıl Cabbarovun ilin yekunları ilə bağlı geniş MÜSAHİBƏSİ – YENİLƏNİB + VİDEO

Baxış sayı: 744 dəfə baxılıb.

Mikayıl Cabbarovun ilin yekunları ilə bağlı geniş MÜSAHİBƏSİ – YENİLƏNİB +
VİDEO

İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin iqtisadi yekunları ilə bağlı
İTV-yə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

18:20

Bu il neft-qaz qiymətlərinin yüksək olmasına baxmayaraq dövlət büdcəsinin
gəlirlərində neft-qaz gəlirləri ilə qeyri neft-qaz gəlirləri təxminən bərabər
olub.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV
kanalına müsahibəsində bildirib.

“Bu da Azərbaycan iqtisadiyyatının divertifikasiyasına yönəldilmiş addımların
bəhrəsini verdiyini göstərir. Təbii ki, burada iqtisadiyyatın “kölgə”dən
çıxması da böyük rol oynayır. Qeyri-neft-qaz sektorunda vergi ödənişlərinin
böyük əksəriyyəti özəl sektorun payına düşür. Bu da o deməkdir ki, bizim özəl
müəssisələrdə mənfəətlilik yaranır, onların fəaliyyəti uğurludur.

Dövlət müəssissələrində də eyni trend görürük. Prezidentin fərmani ilə
yaradılmış Azərbaycan İnvestisiya Holdininqinin idarəsindəki bir sıra
müəssisələr bu ili çox müsbət nəticələrlə başa vurur. İqtisadiyyatımızın
lokomotivi olan SOCAR ilk dəfə dividend ödəyib. Bu il ABB də dividend ödəniş
edib. Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzərGold” QSC-lər və
digər müəssisələrimiz maliyyə nəticələrini yaxşılaşdırmaqla yanaşı fəaliyyət
istiqamətlərini də genişləndiriblər”, – deyə o qeyd edib.


Source link