7c305753-fcd6-4d03-bded-9dc3b9d361b3..jpg

“Milan” 10 ildən sonra ilk dəfə pley-off mərhələsində qələbə qazanıb

Baxış sayı: 672 dəfə baxılıb.

“Milan” 10 ildən sonra ilk dəfə pley-off mərhələsində qələbə qazanıb

İtaliyanın “Milan” klubu 10 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının
pley-off mərhələsində qələbə qazanıb.

“Report” xəbər verir ki, “rossonyerlər” İngiltərə təmsilçisi “Tottenhem”i 1:0
hesabı ilə məğlub edərək buna nail olublar.

A seriyasının çempionu buna qədər axırıncı dəfə 2013-cü ildə qrupdan sonrakı
mərhələdə İspaniyanın “Barselona” klubunu məğlub edib. Ancaq həmin vaxt cavab
qarşılaşmasında üstün olan kataloniyalılar 1/4 finala adlayıblar.

“Milan” eyni zamanda 2012-ci ildən sonra birinci dəfə İngiltərə təmsilçisinə
qalib gəlib. İtalyanlar buna qədər 2011/2012 mövsümünün 1/8 finalında
“Arsenal”dan (4:0) güclü olub. Son 11 ildə ingilislərlə baş tutan 5 görüşün
hamısında rəqiblər qələbə sevinci yaşayıblar.

Qeyd edək ki, “Milan”la “Tottenhem” arasında cavab oyunu martın 8-də
keçiriləcək.

Source link