“Milan” 15 yaşlı futbolçusunu “Fiorentina” ilə matça çağırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Milan”ın baş məşqçisi Stefano Pioli 15 yaşlı hücumçu Françesko Kamardanı A
Seriyasının 13-cü turunda “Fiorentina” ilə oyununa dəvət edib.
Əgər F. Kamarda “Fiorentina” ilə matçda iştirak etsə, o, A Seriyasında meydana
çıxmış ən gənc futbolçu olacaq. Artıq futbolçunun adı oyunda iştirak edəcək
futbolçuların siyahısına daxil edilib.
Qeyd edək ki, hazırda rekord 15 yaş 274 gündə “Genoa” ilə matçda əvəzedici
kimi meydana çıxan “Bolonya”nın müdafiəçisi Uizdomu Ameyuya məxsusdur.
Məlumat üçün əlavə edək ki, Françesko Kamarda “Milan”ın yeniyetmələrdən ibarət
komandalarının heyətində ümumilikdə 485 qola imza atıb.
Bu mövsüm Françesko Kamarda “Milan”ın gənclər komandasının heyətində 13 matçda
iştirak edib. O, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.
Mənbə: Sport Mediaset