1f96399d-4af2-46f1-b530-3b85261c1bf0..jpg

“Milan” “Roma” oyununda dörd qol vuruldu – VİDEO

Baxış sayı: 2. 803 dəfə baxılıb.

“Milan” “Roma” oyununda dörd qol vuruldu – VİDEO

İtaliya A Seriyasında XX tur çərçivəsində “Milan” “Roma”nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Hesabı 8-ci dəqiqədə ev sahibi açıb. Dəqiq penalti zərbəsi ilə Olivye Jiru
fərqlənib. 17-ci dəqiqədə Junior Messias “Milan”ın üstünlüyünü möhkəmlədib.

40-cı dəqiqədə Temmi Abraham fərqi azaltsa da, 82-ci dəqiqədə Rafael Leau
yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xalını 45-ə çatdıran Stefano Piolinin komandası lider
“İnter”dən 1 xal geri qalır. Lakin Simeone İnzaginin yetirmələrinin ehtiyatda
bir oyunu var.


Source link