8d81df6d-249a-4744-9678-2ff4a7a9135e..jpg

“Milan” “Verona”nı əliboş yola saldı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 407 dəfə baxılıb.

“Milan” “Verona”nı əliboş yola saldı – YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının V turunda “Milan” öz meydanında “Verona” ilə qarşılaşıb.

Cixisyolu.com xəbər verir ki, matç “rossoneri”nin minimal hesablı qələbəsi ilə başa
çatıb – 1:0.

Rafael Leaunun səkkizinci dəqiqədə vurduğu qol matçda yeganə olub.

Qələbə sayəsində xallarını 12-yə çatdıran “Milan” ikinci pilləyə yüksəlib.
“Verona” yeddi xalla doqquzuncudur.

17:45

Futbol üzrə İtaliya A Seriyasının V turunun “Milan” – “Verona” oyunun startı
ləngiyib.

Cixisyolu.com xəbər verir ki, buna Milan şəhərinə yağan güclü yağış səbəb olub. “San
Siro” stadionunun meydançasında suyun miqdarının həddən artıq olması, topun
normal hərəkət edə bilməməsi səbəbindən görüş əvvəlcədən planlaşdırıldığı kimi
Bakı vaxtı ilə saat 17:00-da başlamayıb.

Qarşılaşmanı yalnız saat 17:30-da başlatmaq mümkün olub.


Source link