“Milan”ın əfsanəsi klubdan ayrılmasından danışdı: “Mənə dedilər ki…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Milan”ın əfsanəsi və “rossoneri”nin keçmiş texniki direktoru Paolo Maldini
klubdan ayrılmasından danışıb.
“Milan” rəhbərliyi Çempionlar Liqasında qələbə qazanmaq üçün layihə tələb
etdilər. Mən onlara layihəni təqdim etdim, lakin mənə heç bir cavab vermədilər.
Çünki klubun sahibi artıq məni işdən çıxarmaq qərarına gəlmişdi”, – deyə Paolo
Maldini bildirib.
“Mən De Ketelarenin uğursuz transferinə dair tənqidləri görmüşəm, lakin yaxşı
xatırlayıram ki, Lean, Bennaser və Teo Ernandes üçün sövdələşmələr düzgün
qiymətləndirilmədi. Mənə dedilər ki, yay üçün transfer büdcəsi az olacaq, lakin
mənim gedişimdən sonra büdcə ikiqat artdı”, – deyə Maldini qeyd edib.
Xatırladaq ki, 2018-ci ilin avqustunda Paolo Maldini klubun inkişaf üzrə
direktoru təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsini alıb.
İtaliyalı “Golden Boy Awards 2022” mükafatlandırma mərasimində “Ən yaxşı
avropalı menecer” nominasiyasının qalibi olub. 2023-cü ilin iyununda Maldini
“Milan”ın texniki direktoru vəzifəsini tərk edib.
Mənbə: Championat.ru