“Milan”ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək.
Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, yaxın həftələrdə “Milan” rəhbərliyi mütəxəssislə əməkdaşlığa
vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq.
İtaliya A Seriyasında 32 turdan sonra Piolinin yetirmələri 69 xal toplayıb və
hazırda ikinci pillədə qərarlaşıblar. “Rossonerilər” birinci pillədəki
“İnter”dən 14 xal geri qalırlar. İtaliya çempionatının son beş oyununda “Milan”
dörd qələbə qazanıb və bir dəfə heç-heçə edib.
Xatırladaq ki, Pioli 2019-cu ilin oktyabrında Milan komandasına rəhbərlik
edib. 2021/22 mövsümündə “Milan” İtaliya çempionu titulunu qazanıb.