“Milan”ın müdafiəçisi San-Paulu ştatındakı villasını satacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Braziliya yığması və “Milan”ın müdafiəçisi Kafu San-Paulu ştatındakı villasını
satacaq.
Cixisyolu.com xəbər verir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.
Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı
planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri iki dəfə ucuzlaşa
bilər. Dörd mərtəbəli villanın sahəsi 2,5 min kvadratmetrdir. Orada dörd lüks
nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.
Qeyd edək ki, Kafunun 1,8 milyon avro borcu olduğu xəbərləri yayılıb.