8b1ee7c6-b4cc-42ae-bb3f-2bd2216ae0f1..jpg

Millət vəkili: “Layihə mediada biznesi təşviq etmir” – VİDEO

Baxış sayı: 858 dəfə baxılıb.

Millət vəkili: “Layihə mediada biznesi təşviq etmir” – VİDEO

“Biznesləri mediada reklam yerləşdirməyi təşviq etmək lazımdır”.

Bunu bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əsas problemlərdən biri yazılı və ixtisaslaşmış medianın
reklam gəlirlərinin kifayət qədər az olmasıdır.

O bildirib ki, il ərzində reklam gəlirlərinin əhəmiyyətli hissəsi televiziya
və radioların payına düşür:

“Gələcəkdə qeyd etdiyim media sahələrinə reklam verən şirkətlərə vergi
güzəştləri və ya hər hansı formada güzəştlər olunmalıdır. Hazırda isə biznes
üçün çox da fərq etmir media vergiyə cəlb olunur, ya olunmur”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link