Millət vəkili: Müzakirələr əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu

Millət vəkili: Müzakirələr əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu

Baxış sayı: 4. 277 dəfə baxılıb.

Millət vəkili: Müzakirələr əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu

Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bunu dövlət himni ilə bağlı qanun layihəsinin müzakirələrində deputat Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.

T.Kərimli söyləyib ki, Müsavat Partiyasının başqanı Arif Hacılı himnin sözlərinin dəyişməz olduğunu deyir:

“Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də onun ittihamlarını qəbul etmirəm”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!