Millət vəkili: Nikah müqavilələri bağlanmalıdır

Millət vəkili: Nikah müqavilələri bağlanmalıdır

Baxış sayı: 2. 119 dəfə baxılıb.

Hazırda ölkədə vətəndaşlar arasında dini nikah – kəbin çox bağlanır, amma bu, onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov mayın 23-də parlamentdə keçirilən ictimai müzakirələrdə deyib.

Komitə ölkədə münasibətdə olan əks cinslər arasında bir sıra hallarda nikahın bağlanmamasından narahatlığını bildirib.

Onun sözlərinə görə, dini nikah mənəvi dəstəkdir.

“Amma gələcəkdə mütləq elə bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri bağlansın. Mülkiyyət münasibətləri, alimentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır.

Bəzən gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan, nikah müqavilələrinin bağlanması çox düzgündür”, -deyə, S.Novruzov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com