Azərbaycanda peşəkar mühasiblər azdır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov aprelin 23-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.
O deyib ki, ölkədə hər zaman mühasib və baş mühasib problemi olub və bu gün də var:
“Bizdə peşəkarlar yox dərəcəsindədir, çox deyil, barmaqla sayılacaq dərəcədədir. Ona görə indi mühasiblərlə bağlı sərtləşdirmələrin nəzərdə tutulması düzgün deyil. Bu, gələcəkdə sahibkarlara da ciddi problemlər yaradacaq.
Əvvəllər deyirdilər ki, mühasib balansı oxuyursa, o, peşəkardır. Amma indi dövr, zaman, tələbat dəyişib. Yeni peşəkarlara ehtiyac var, olanımız da çox azdır. Odur ki, bu məsələyə yenidən baxılmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com