Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur

Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur

Baxış sayı: 2. 960 dəfə baxılıb.

Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur

Azərbaycan mədəniyyətinə, incəsənətinə ciddi dövlət dəstəyi lazımdır. Xüsusilə də, klassik musiqinin inkişafına, pop demirəm, klassik musiqi ifaçılarının yetişdiriləmsinə ehtiyac var.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Asim Mollazadə deyib.

O, qeyd edib ki, klassik musiqi ifaçılarının yetişdirilməsi üçün Bakı Musiqi Akademiyasına ciddi maliyyə dəstəyi göstərilməlidir:

“Azərbaycan Şərqdə ilk operanı yaradan, səhnələşdirən bir ölkədir. Azərbaycan Şərq ölkələri içərisində ilk dəfə balet əsəri yaradan bir dövlətdir. Azərbaycan Şərqdə cazın vətənidir. Ümumiyyətlə, Azərbaycan həm Şərq mədəniyyətinə, həm bütövlükdə dünya mədəniyyətinə, incəsənətinə bir çox və ilk töhfələr verən bir məmləkətdir.

Ona görə də klassik musiqinin inkişafı və klassik musiqi ifaçılarının yetişdirilməsi, əvvəlki gözəl ənənənin davam etdirilməsi, bunun üçün də ciddi maliyyə dəstəyi lazımdır”.

Millət vəkili eyni zamanda, ali təhsil müəssisələrinin, bir çox universitetlərin diplom satan qurumlardan əsl təhsil ocaqlarına çevrilməsinin vacibliyini vurğulayıb.

“Bu gün inkişafımızı əngəlləyən, təhsilimizə, elmimizə ciddi problem yaradan məsələlərdən biri savada, biliyə deyil, kağız parçası olan diploma üstünlük verilməsidir. Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir. Onlar elm, bilik, təhsil verməklə deyil, adi kağız parçası olan diplom satmaqla məşğuldurlar.

Hansı ki, onlar əsl təhsil ocaqlarına çevrilməli, biliklli, savadlı, peşəkar mütəxəssüslər hazırlamalıdırlar. Çünki bizdə əsl mütəxəssislərə, peşəkarlara ciddi ehtiyac var” – deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU