3ca60bfd-953e-45d0-bb9f-d804bcc8b509..jpg

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Baxış sayı: 900 dəfə baxılıb.

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında
baş verib”

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin
sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın
dostlarından biri deyib.

O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa
başlayıb:

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat
cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən
və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü
qarşısında baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma
məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa
iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət
vəkilinə hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim
müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Source link