758b9e98-4864-4008-8de5-a97ff9a586eb.webp

Millətlər Liqası: Fransa Belçikadan, Almaniya Niderlanddan üstün oldu

Baxış sayı: 258 dəfə baxılıb.

UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilib.

Cixisyolu.com xəbər verir ki, Fransa səfərdə Belçika ilə qarşılaşıb. Qonaqlar
Kolo-Muaninin dublu ilə qalib gəliblər. 76-cı dəqiqədə fransızlar azlıqda
qalsalar da, əlverişli hesabı sonadək qoruya biliblər – 1:2.

Almaniya Niderlandı qəbul edib. Matçın taleyini cəmi bir qol həll edib.
Almanların 63-cü dəqiqədəki dəqiq zərbəsi onlara üç xal qazandırıb – 1:0.

İtaliya doğma azarkeşləri önündə İsraili sınağa çəkib. Meydan sahibləri
qonaqları darmadağın ediblər – 4:1.

Digər görüşlərdə Bosniya və Herseqovina öz meydanında Macarıstana uduzub – 0:2.

Ukrayna – Çexiya matçında qalib müəyyənləşməyib – 1:1.

Türkiyə səfərdə İslandiya qarşısında ilk qolu buraxan tərəf olsa da, geridönüş
etməyi bacarıb – 2:4.

Uels Monteneqroya minimal hesabla qalib gəlib – 1:0.

Estoniyanın qonağı olan İsveç isə səfərdən üç xalla qayıdıb – 0:3.

Source link