Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının
tərkibi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, kollegiyanın üzvləri aşağıdakılardır:
Azərbaycan Milli Arxiv İdarəsinin rəisinin müavini;
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi;
Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr
şöbəsinin müdiri;
Azərbaycan Milli Arxiv İdarəsinin Milli Arxiv Fondu sənədlərinin
komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri;
Azərbaycan Dövlət Arxivinin direktoru;
Azərbaycan Dövlət Tarix Arxivinin direktoru.