Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, iclasda yeni üzvlərdən ibarət tam tərkib seçilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədr, palatanın digər əməkdaşı Məhəmməd Həsənli, eləcə də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Orxan Bağırov, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Bəhruz Nağıyev isə MŞ-nın üzvləri seçiliblər.
Müşahidə Şurasının iclasında MDM-in cari və qarşıda duran məsələləri müzakirə edilib.
Eləcə də, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq MDM tərəfindən qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsinin və s. əsas istiqamətləri müəyyənləşdirilib.