Milli Gimnastika Arenasında Avropa kubokunun açılış mərasimi keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda ilk dəfə olaraq təşkil olunan bədii gimnastika üzrə Avropa
kubokunun açılış mərasimi keçirilib.
“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir
iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq
iştirakçılara uğurlar arzulayıb:
“Avropa kubokunda hər bir iştirakçıya ayrı-ayrılıqda uğurlar arzulayıram.
İnanıram ki, ən güclü olanlar qalib gələcəklər. Azərbaycanda bütün gimnastika
növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir”.
Sonra Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, mayın 5-dək davam edəcək Avropa Kubokunda 37 ölkədən 160 gimnast
mübarizə aparır. Yarışda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə
də komanda hesabında müəyyənləşəcək.