bf587f20-7b39-4dcd-b72b-37e6565987bd..jpg

Milli komandamız UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirdi – YENİLƏNİB

Baxış sayı: 560 dəfə baxılıb.

Milli komandamız UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirdi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun
paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu
keçirib.

Cixisyolu.com AFFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, millimiz üçüncü
matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF
Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə kollektivinin 4:0 hesablı
qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2,
penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm
Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.

10:40

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf
Turnirində sonuncu oyununu keçirəcək.

Cixisyolu.com AFFA-nın Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17 yaşadək qadın
futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə
təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 12:00-da ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin
müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-17 ilk iki görüşündə Belarus (1:3) və Qazaxıstan (2:2,
penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm
Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.

Source link