Milli Konservatoriyanın rektoru: “Azərbaycan musiqisi dünyada heç yerdə qəbul
edilmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda
yazılan musiqilər beynəlxalq standartlara cavab vermir”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli
Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.
Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub:
“Elementar bir şeyi deyim, Azərbaycan himni İngiltərədə yazılıb. O üç
dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul
ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz
studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”.