Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik
məktubu ünvanlayıb.
“Report” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin
bugünkü plenar iclasında çıxış edib.
O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:
“Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu
göndərilsin”.
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.